FAQ

Tez-tez verilən suallar

Faydalı keçidlər

Faydalı keçidlər

Qanunvericilik

Qanunvericilik bazası

Statistik hesabatlar

Kibertəhlükəsizlik üzrə hesabatlar

Xəbərdarlıqlar

Son insidentlər və xəbərdarlıqlar

Partnyorlar

ETM-in partnyorları

Maarifləndirmə

Maarifləndirmə və məlumatlandırma


ELEKTRON TƏHLÜKƏSİZLİK MƏRKƏZİ

ELEKTRON TƏHLÜKƏSİZLİK MƏRKƏZİ

Qlobal informasiya cəmiyyətinə keçid şəraitində dövlətlər, cəmiyyətlər, biznes strukturları, fərdlər kiberfəzada informasiyanın və onun mənbəyinin həqiqiliyi, elektron xidmətlərdən təhlükəsiz istifadə, fərdi məlumatların qorunması, tamlığı və konfidensiallığı sahəsində kritik problemlərlə qarşılaşırlar. Yeni kibertəhlükələrin müntəzəm olaraq meydana çıxdığı, təkmilləşdirildiyi mühitdə ölkələrin bu qlobal təhlükələrə qarşı çevik və operativ kibertəhlükəsizlik strategiyalarına malik olması mühüm əhəmiyyət daşıyır.

Hazırda dövlət orqanlarına və özəl şirkətlərə qarşı kiberhücum və kibercasusluq halları sürətlə artmaqdadır. Qarşılıqlı əlaqəli və asılı informasiya infrastrukturuna yönəlik planlaşdırılmış, yerinə yetirilmiş və məqsədinə nail olmuş kiberhücumlar ağır nəticələrə gətirib çıxara bilər. Zamanla fərdi məlumatların konfidensiallığı cəmiyyətin bütün təbəqələrinə təsir edən strateji, milli məsələyə çevrilir. Beləcə kibertəhlükəsizlik informasiya cəmiyyətinin inkişafını şərtləndirən amillər sırasına daxil olur.

Kibertəhlükəsizliyin təmin olunması - cəmiyyətin sabitliyinin və normal fəaliyyətinin müvəffəqiyyətə nail olmanın əsas şərtlərindən biridir. Ä°nformasiya təhlükəsizliyi Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet məsələlərindən biridir və bu sahədə məqsədyönlü işlər aparılır. Elektron Təhlükəsizlik Mərkəzi - kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.

Tövsiyələr

  • Smartfonlarınızın təhlükəsizliyini necə qorumalı

    02.06.2015

    Smartfonların təhlükəsizliyinin təmin olunma yollarından biri onun şifrə ilə qorunmasıdır. Hər zaman mürəkkəb şifrələrdən istifadə etməyiniz tövsiyə olunur. Şifrələr ad, doğum tarixi və ya sosial şəbəkə hesablarının şifrələrindən fərqli olması tövsiyə olunur.

    Ətraflı


  • Veb brauzerlərin təhlükəsizliyini təmin edin

    06.04.2015

    Internet Explorer, Chrome, Mozilla Firefox və Apple Safari kimi veb brauzerlər internetə giriş etmək üçün istifadə olunur. Veb brauzerlərdən müntəzəm şəkildə istifadə etməyiniz ilk olaraq ondan istifadə zamanı müəyyən təhlükəsizlik qaydalarına riayət etməyinizə zərurət yaradır.

    Ətraflı